
Haqqımızda
Başlıca məqsədimiz alıcılara daim sərfəli qiymətlərlə original məhsul təqdim edərək keyfiyyətsiz malları bazar dövriyyəsindən çıxarmaqdır. Ştutqart Mağazalar Şəbəkəsi ilə əməkdaşlıq edən avto ehtiyat üzrə mütəxəssis və ekspertlər daimi olaraq alıcıların suallarını cavablandırır və yüzlərlə ehtiyat hissələri barəsində məlumat verir .
2004-cü ildə əsası qoyulan "Ştutqart" müxtəlif növ avto ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışını həyata keçirməklə məşğuldur. Ştutqart yarandığı ildən Azərbaycan bazarında original keyfiyyətli ehtiyat hissələrinin satışını təşkil etməkdədir. Şirkət Avropa və Asiyanın qabaqcıl ölkələrindən avto ehtiyat hissələrini ölkəmizə gətirməklə yanaşı həm də bir sıra nəhəng şirkətlərin rəsmi distribütoruna çevrilmişdir.
Qısa zaman ərzində "Ştutqart" paytaxt Bakıda öz mağazalarını artırmaqla Ştutqart Mağazalar Şəbəkəsini qurmuşdur. Hal-hazırda Bakı şəhərinin Babək, Yasamal, Biləcəri, Əhmədli, Bakıxanov, 8-ci Mikrorayon, Zabrat şöbələri ilə yanaşı Sumqayıt, Lənkəran və Masallı şəhərlərində filiallar açan şəbəkəmiz əhatəsini daha da genişləndirmək məqsədi ilə respublikamız daxilində öz mağazalarını yaratmaqda davam edir.